Məxfilik siyasəti
- Reklam, izləmə (analitika) və məlumat satışı yoxdur.
- Yalnız bir zəruri cookie var — girişdə qalmağın və hesabının təhlükəsizliyi üçün.
- Məktub sənin e-poçtundan, poçtunun tətbiq parolu ilə gedir (şifrəli saxlanılır); hər məktub sənin ayrıca düymənlə gedir.
- Poçt qutun oxunmur. Yalnız cavabların avtomatik izlənməsini özün açsan, Clinomad üzərindən yazdığın klinikalardan gələn cavablar oxunur — qalan poçtuna toxunulmur, mətn saxlanılmır.
- Süni intellektə adın, e-poçtun və telefonun göndərilmir.
- Həkimlərin e-poçt ünvanları sənə də tam göstərilmir — yalnız sənin adından gedən fərdi məktub üçün istifadə olunur.
- Hesabını istədiyin vaxt özün silə bilərsən — 30 gün ərzində bərpa etmək olar, sonra profil, CV faylları və hər şey birdəfəlik silinir.
- Cavabdeh şəxs
- Hansı məlumatlar
- Nə üçün və hansı əsasla
- Göndərmə: Gmail və tətbiq parolu
- Süni intellekt (Claude, Gemini)
- Kimlərlə paylaşılır
- Klinika əməkdaşlarının məlumatı
- Cookie və brauzer yaddaşı
- Saxlama müddəti
- Hüquqların
- Təhlükəsizlik
- Yaş, ödəniş, dəyişikliklər
1. Cavabdeh şəxs
Clinomad tibb tələbələrinə Almaniyada praktika (Famulatur, Hospitation, PJ) üçün xəstəxana, şöbə və əlaqə ünvanı tapmağa, məktub və CV hazırlamağa, göndərməyə və göndərdiklərini izləməyə kömək edən veb xidmətdir.
- Operator: Kamil Afandiyev, Bakı, Azərbaycan
- Məxfilik ilə bağlı əlaqə: a.kamil0320@gmail.com
2. Hansı məlumatları toplayırıq
Hesab
- E-poçt ünvanı və parol — parol yalnız
scryptheşi kimi saxlanılır, açıq mətn yox. - Sessiya açarı (yalnız heşi), qeydiyyat tarixi, məxfilik siyasətinə razılığın tarixi və versiyası, e-poçtun təsdiqlənib-təsdiqlənmədiyi.
- Məktub və axtarış krediti, paket və onun bitmə tarixi, paket alışları (paket, tarix, qiymət, qeyd), dəvət kodu və səni kimin dəvət etdiyi.
- Hesabın təhlükəsizliyi üçün: aktiv cihazın adı (brauzer və sistem, məs. "Chrome · Android") — hesaba eyni anda yalnız 1 cihazdan girmək olar; sessiyanın başlama və son aktivlik vaxtı; son 7 günün girişlərində IP ünvanın yalnız şəbəkə hissəsi (məs.
85.132— tam IP yox); gündəlik axtarış və məktub sayğacları; göndərən e-poçtun hansı ünvana bağlı olduğu və neçə dəfə dəyişdirildiyi; ilk məktubdan sonra adın kilidli olduğu; şübhəli hallar barədə qeydlər (məs. "çox fərqli şəbəkədən giriş"); hesab bloklanıbsa — tarixi və səbəbi; dəstək üçün administratorun daxili qeydi (məs. ödəniş üsulu). - Pulsuz məktubun təkrarlanmaması və hesabın paylaşılmaması üçün: göndərən ünvan hesaba ömürlük bağlanır və bir ünvan yalnız bir hesabda işləyir — bunun üçün ünvanın bir istiqamətli heşi saxlanılır (ünvanın özü yox; hesab silinsə də qalır). Məktubda, öz şablonunda və ya CV-də profildəki addan fərqli ad yazılsa, göndərmə dayandırılır və həmin ad şübhəli hal kimi qeyd olunur. Saxta və çoxlu hesabların qarşısını almaq üçün: IP ünvan (24 saat) və brauzerin təsadüfi cihaz kimliyi (30 gün) yalnız bir istiqamətli heş kimi, qeydiyyat vaxtları ilə saxlanılır; eyni e-poçtla təkrar pulsuz sınaq alınmasın deyə qeydiyyat e-poçtunun bir istiqamətli heşi hesab silinəndən sonra da qalır; birdəfəlik (müvəqqəti) e-poçt xidmətləri ilə qeydiyyat qəbul olunmur; Gmail-də nöqtə və “+” ilə yazılan eyni ünvan bir ünvan sayılır.
- Nəticələr və pulsuz əlavə vaxt: cavab izləmənin tapdığı və ya sənin işarələdiyin müsbət cavablar (xəstəxana, şöbə, tarix), Premium-da pulsuz əlavə vaxtın istifadə tarixi. Bunları administrator görür — şərtləri yoxlamaq və sui-istifadənin qarşısını almaq üçün.
- Ödəniş: hansı paketi nə vaxt aldığın, Paddle əməliyyat nömrəsi (
txn_…), məbləğ və valyuta, geri qaytarma olubsa onun tarixi. Kart məlumatını biz görmürük və saxlamırıq — onu yalnız Paddle emal edir (6-cı bölmə).
Tələbə profili (könüllü)
Doldurduğun qədər: ad, əlaqə e-poçtu, telefon, vətəndaşlıq, yaşadığın şəhər, viza vəziyyəti, universitet, fakültə, semestr, məzuniyyət ili, orta bal və nailiyyətlər, dil səviyyələri və sertifikatlar, praktika istəkləri, klinik təcrübə, bacarıqlar, elmi iş, könüllülük, motivasiya, gələcək plan, əlavə qeyd; süni intellektin məktubda hansı sahələri işlətməsinə dair seçimin. Sənəd siyahısında yalnız "hazırdır / deyil" işarəsi saxlanılır. Profilə sağlamlıq, din kimi həssas məlumat yazma — buna ehtiyac yoxdur.
CV dizayneri
- CV-yə yazdığın məlumat (ad, doğum tarixi və yeri, vətəndaşlıq, ünvan, telefon, e-poçt, təhsil, təcrübə, dillər, bacarıqlar, maraqlar) və seçdiyin dizayn.
- Yüklədiyin şəkil (brauzerdə kiçildilir, ən çox 1.5 MB), serverimizin hazırladığı CV PDF-i və istəsən yüklədiyin öz CV PDF-in (ən çox 3 MB).
- Bu fayllar yalnız sənin hesabına bağlıdır, heç kimə göstərilmir və yalnız sən məktuba əlavə etməyi seçəndə həmin məktubla alıcıya gedir. CV bölməsində və ya hesabı siləndə silinir.
Şablonlar, yaddaş və izləmə
- Öz məktub şablonların (ad, mövzu, mətn) və yadda saxladığın mövzular.
- Saxladığın kontaktlar: klinikanın e-poçtu (sənə tam göstərilmir), rolu, xəstəxana, şəhər, şöbə; axtardığın şöbələrin linkləri (eyni şöbəni yenidən açmaq kredit aparmasın).
- Göndərdiklərin: alıcının ünvanı, xəstəxana, şöbə, məktubun mövzusu (gələn cavabı tanımaq üçün), göndərmə tarixi, nəticə (cavab gəldi / imtina / cavabsız), öz qeydin, təkrar yazma tarixləri; cavab izləmə açıqdırsa — tanınmış cavabın qərarı (qəbul, imtina, sənəd tələbi…) və qısa izahı. Məktubların mətni serverdə saxlanılmır.
Göndərmə
Bağladığın göndərən ünvan və onun icazəsi (Gmail açarı və ya tətbiq parolu — hər ikisi şifrəli) — ətraflı 4-cü bölmədə. Gündəlik göndərmə sayğacı (spam həddi üçün).
Bildirişlər (istəyə bağlı)
Bildirişləri özün açsan, brauzerin verdiyi abunəlik (push xidmətinin ünvanı və şifrələmə açarları), cihazın adı (məs. "Chrome · Android") və seçdiyin dil saxlanılır. Bildirişlər brauzerin öz push xidməti ilə çatdırılır (Google, Mozilla, Apple və ya Microsoft). Bildirişdə klinikanın ünvanı və məktubun mətni olmur — yalnız qısa xəbər (cavab gəldi, soruşma vaxtıdır, paketin bitir). Hesab → "Bu cihazda söndür" və ya brauzer ayarlarından istənilən vaxt söndürülür.
Digər əlavələr
Məktuba əlavə etdiyin başqa fayllar (sertifikat və s.) brauzerində oxunur, yalnız "Göndər" basanda serverə gedir və birbaşa məktubla alıcıya ötürülür. Serverdə saxlanılmır.
Texniki məlumat
- Sorğu jurnalları (vaxt, ünvan, xəta mesajları) — Google Cloud infrastrukturunda; IP ünvanın Google tərəfindən emal olunur.
- Uğursuz giriş sayğacı (e-poçt və IP üzrə, 15 dəqiqə, yalnız server yaddaşında) — parol təxmininə qarşı.
- Sorğu sayğacı (IP üzrə, 1 dəqiqə, yalnız server yaddaşında) — saytı çökdürmək cəhdlərinə qarşı. Admin bölməsinə uğursuz giriş cəhdləri (hesab, IP, vaxt) jurnala yazılır.
- Parol bərpası və e-poçt təsdiqi: e-poçtuna birdəfəlik link göndəririk (30 dəqiqə / 48 saat etibarlıdır); serverdə linkin yalnız heşi saxlanılır.
3. Nə üçün və hansı əsasla
| Məqsəd | Hüquqi əsas |
|---|---|
| Hesab, e-poçt təsdiqi, parol bərpası, axtarış, yaddaş, izləmə, profil, şablonlar, CV dizayneri, məktub hazırlamaq — xidmətin özü | Müqavilənin icrası (DSGVO / GDPR m. 6(1)(b)) |
| Sənin e-poçtunla göndərmə, süni intellektlə məktub və CV doldurma, cavabların avtomatik izlənməsi | Sənin razılığın (m. 6(1)(a)) — istifadə etməsən heç nə getmir, istənilən vaxt dayandıra bilərsən |
| Pulsuz əlavə vaxt (Premium): şərtlərin yoxlanması | Müqavilənin icrası (m. 6(1)(b)) |
| Ödəniş, paketin verilməsi və geri qaytarılanda bağlanması; mühasibat | Müqavilənin icrası və hüquqi öhdəlik (m. 6(1)(b), (c)) |
| Təhlükəsizlik və sui-istifadənin qarşısı: giriş, axtarış və göndərmə hədləri, 1 cihaz həddi, ünvan və ad kilidi, hesabın paylaşılmasına və pulsuz məktubun təkrarlanmasına qarşı yoxlamalar, IP və cihaz üzrə qeydiyyat hədləri, birdəfəlik e-poçtların rədd edilməsi, yüklənən faylların zərərli məzmuna yoxlanması, müsbət cavabların qeydi, bloklama, xəta jurnalları | Qanuni maraq (m. 6(1)(f)) |
Məlumatından reklam, profilləmə, satış və ya başqa məqsəd üçün istifadə etmirik.
4. Göndərmə: tətbiq parolu və cavab izləmə
Məktublar sayt üzərindən sənin öz e-poçt ünvanından gedir. Əsas yol — tətbiq parolu. "Google ilə bağla" (b) hazırda yeni bağlantılar üçün bağlıdır; əvvəl bağlananlar işləməyə davam edir. Hesab ilk bağlanan ünvana ömürlük bağlanır.
a) Tətbiq parolu (Gmail, Yandex, Mail.ru, Outlook)
- Nə saxlayırıq: e-poçt ünvanın və poçt xidmətinin sənə verdiyi tətbiq parolu (App Password) — AES-256-GCM ilə şifrəli. Əsas parolun heç vaxt istənmir. Tətbiq parolu sənə bir daha göstərilmir.
- Necə istifadə edirik: yalnız sən "Göndər" basanda — gördüyün və təsdiqlədiyin bir məktubu bir alıcıya göndərmək üçün poçt xidmətinin göndərmə serverinə (SMTP) şifrəli bağlantı ilə qoşuluruq. Poçt qutun oxunmur.
- Ayırmaq: Hesab → Məktub göndərmə → "Ayır" — parol bizdə dərhal silinir. Tətbiq parolunu poçt xidmətinin öz hesab səhifəsində də ləğv edə bilərsən.
c) Cavabların avtomatik izlənməsi (yalnız razılığınla)
- Nə edir: açsan, eyni tətbiq parolu ilə poçt qutuna yalnız oxuma rejimində (IMAP) qoşuluruq — avtomatik olaraq 6 saatdan bir, tətbiqi açanda və "Cavabları yoxla" basanda.
- Nəyi oxuyur: yalnız Clinomad üzərindən məktub yazdığın ünvanlardan (və ya həmin klinikanın domenindən) gələn məktubları. Qalan məktublarına baxılmır; məktublar "oxunmuş" kimi işarələnmir, silinmir, dəyişdirilmir.
- Nə saxlanılır: məktubun mətni saxlanılmır. İçindəki e-poçt ünvanları və telefonlar silinir, mətn qərar üçün süni intellektə (5-ci bölmə) gedir və izləmədə yalnız qərar (qəbul, imtina, sənəd tələbi, sonra yazın), qısa izah, tarix və məktubun texniki identifikatoru (təkrar oxunmasın) qalır.
- Söndürmək: Hesab və ya İzləmə bölməsində "Söndür" — yoxlama dərhal dayanır.
b) Gmail (Google ilə bağlantı)
- İstənən icazələr:
https://www.googleapis.com/auth/gmail.send(sənin adından e-poçt göndərmək),openidvəemail(Gmail ünvanını öyrənmək). Poçt qutusunu oxumaq, silmək, kontaktlara baxmaq icazəsi istənmir. - Nə alırıq: Gmail ünvanın; qısamüddətli giriş açarı (ən çox 1 saat, yalnız server yaddaşında) və uzunmüddətli açar (AES-256-GCM ilə şifrəli, hesabında saxlanılır).
- Necə istifadə edirik: yalnız sən "Göndər" basanda — sənin gördüyün, redaktə etdiyin və təsdiqlədiyin bir məktubu bir alıcıya göndərmək üçün. Toplu və ya avtomatik göndərmə yoxdur; gündəlik hədd var.
- Nə etmirik: poçt qutunu oxumuruq; göndərilən məktubun mətnini saxlamırıq; Google məlumatını heç kimə ötürmürük, satmırıq, reklam üçün istifadə etmirik; insanlar oxumur; süni intellekt modelinə (Gemini daxil) göndərmirik və ümumi süni intellekt / maşın öyrənməsi modellərini öyrətmək üçün istifadə etmirik.
- Ayırmaq: Hesab → Məktub göndərmə → "Ayır". Açar həm bizdə silinir, həm də Google-da ləğv olunur. Google tərəfdən: myaccount.google.com/permissions.
Clinomad-ın Google API-lərindən aldığı məlumatdan istifadəsi və onun başqa tətbiqə ötürülməsi Google API Services User Data Policy sənədinə, o cümlədən Limited Use tələblərinə uyğundur.
5. Süni intellekt (Anthropic Claude; ehtiyat — Google Gemini)
"Məktub yaz" basanda (həmçinin xatırlatma məktubu, "Cavabı başa düş", zəng skripti, Premium-da klinikaya cavab məktubu, müsahibəyə məşq, CV-ni almanca doldurmaq, motivasiya məktubu və müsahibə hazırlığı üçün) mətn əsas olaraq Anthropic Claude API-yə göndərilir. Claude müvəqqəti cavab verməsə, eyni mətn ehtiyat olaraq Google Gemini API-yə gedə bilər. Göndərilənlər:
- Şöbə haqqında faktlar: xəstəxana, şəhər, şöbə adı, rəhbərin adı və müraciət forması, fokus sahələri, şöbənin ictimai saytından mətn parçaları. Dərin araşdırmalı paketlərdə model şöbə haqqında internetdə axtarış da edir (axtarışa yalnız şöbə və xəstəxana məlumatı gedir).
- Profilinin yalnız işlənməsinə icazə verdiyin sahələri: universitet, semestr, dil səviyyəsi, istədiyin dövr, təcrübə, motivasiya və s.
- Zəng skriptində: xəstəxana və şöbənin adı, məktubu göndərdiyin tarix və profilinin icazə verdiyin sahələri (ad yox —
{{NAME}}). - "Cavabı başa düş" funksiyasında və cavab izləmədə: klinikanın cavab mətni — göndərilməzdən əvvəl içindəki e-poçt ünvanları və telefon nömrələri silinir. Bu mətn serverdə saxlanılmır.
- Dərin araşdırma (Premium): şöbə haqqında tapılan ictimai faktlar (ixtisaslar, mərkəzlər, tədqiqat) 30 gün saxlanılır və eyni şöbəyə yazan başqa tələbələrin məktubunda da istifadə oluna bilər. Bu faktlarda sənin heç bir məlumatın yoxdur.
- Ad, e-poçt və telefon göndərilmir. Onların yerinə
{{NAME}},{{EMAIL}},{{PHONE}}əvəzediciləri gedir; nəticə qayıdanda həqiqi dəyərləri serverimiz yerinə qoyur. CV-nin şəkli və faylları modelə getmir.
"Modelə nə gedir?" düyməsi göndəriləcək mətni API çağırmadan tam göstərir. Anthropic API-yə göndərilən məlumatla modellərini standart olaraq öyrətmir. Ehtiyat Gemini-nin pulsuz kvotasında isə Google göndərilən mətni öz məhsullarını təkmilləşdirmək üçün istifadə edə bilər və onu (hesabdan ayrılmış şəkildə) insan rəyçilər oxuya bilər. Ona görə profildə lazımsız şəxsi məlumat yazma. Bu funksiya istəyə bağlıdır — məktubu süni intellektsiz hazır şablonla da yaza bilərsən.
6. Kimlərlə paylaşılır
- Google (Firebase Hosting, Cloud Functions, Firestore, Secret Manager, Cloud Logging) — sayt, server və məlumat bazası (CV faylları daxil). Server və baza Avropadadır (
europe-west1, Belçika); sayt faylları Google-un qlobal şəbəkəsindən verilir. - Anthropic PBC (Claude API) — əsas süni intellekt, yalnız 5-ci bölmədəki qədər.
- Google (Gemini API) — ehtiyat süni intellekt, yalnız Claude cavab verməyəndə, 5-ci bölmədəki qədər.
- Sənin poçt xidmətin (Google Gmail, Yandex, Mail.ru və ya Microsoft Outlook) — yalnız sənin göndərdiyin məktub, sənin hesabın üzərindən.
- Brauzerin push xidməti (Google, Mozilla, Apple və ya Microsoft) — yalnız bildirişləri açmısansa: qısa bildiriş mətni, şifrəli şəkildə.
- Sistem məktubları (e-poçt təsdiqi, parol bərpası) — e-poçt göndərmə xidməti (Resend, Inc., ABŞ, və ya Google Workspace) vasitəsilə: yalnız e-poçt ünvanın və birdəfəlik link.
- Paddle.com Market Ltd (Birləşmiş Krallıq) — onlayn ödəniş. Paddle sifarişlərimizin rəsmi satıcısıdır (merchant of record): ödəniş pəncərəsində yazdığın ad, e-poçt, ölkə, poçt indeksi və kart / ödəniş məlumatını birbaşa Paddle toplayır, vergini və qəbzi o hazırlayır, geri qaytarmanı o edir. Biz Paddle-a yalnız hesabının e-poçtunu (ödəniş pəncərəsini doldurmaq üçün) və daxili hesab nömrəsini (paketi düzgün hesaba vermək üçün) ötürürük. Paddle-ın məlumatla necə işlədiyi — Paddle məxfilik siyasəti. Qiymətlər bölməsi açılanda brauzerin ölkənə uyğun qiyməti Paddle-dan soruşur — bunun üçün IP ünvanın Paddle-a gedir.
- OpenStreetMap (Nominatim, Overpass) — yalnız axtardığın şəhərin adı və ərazi; sorğu serverimizdən gedir, sənin kimliyin yox.
- Xəstəxana saytları — serverimiz onların ictimai səhifələrini oxuyur; sənin məlumatın onlara getmir. Göndərdiyin məktubu (və əlavə etdiyin CV-ni), təbii ki, alıcı alır.
Google LLC və Anthropic PBC ABŞ şirkətləridir, Paddle Birləşmiş Krallıqdadır; məlumat Avropa İttifaqından kənarda da emal oluna bilər — onların məlumat emalı şərtlərinə və standart müqavilə bəndlərinə əsasən. Başqa heç kimə məlumat satmırıq və ötürmürük; qanunla məcbur edildikdə (məs. məhkəmə qərarı) istisna.
7. Klinika əməkdaşlarının məlumatı
Bu bölmə tələbə olmayan şəxslər — xəstəxana əməkdaşları üçündür.
- Mənbə: xəstəxanaların öz ictimai saytları.
- Hansı məlumat: iş e-poçtu, ad, titul, vəzifə və ya rol (məs. katibə, Oberarzt), iş telefonu, şöbə. Ünvanlar təxmin edilmir və uydurulmur — yalnız saytda dərc olunanlar istifadə olunur.
- Məqsəd və əsas: tələbələrin praktika müraciətini düzgün ünvana göndərməsi — qanuni maraq (m. 6(1)(f)).
- Göstərilmə qaydası: ünvan tələbəyə heç vaxt tam göstərilmir ("m•••@xəstəxana.de"). Ünvan yalnız tələbənin öz düyməsi ilə göndərdiyi bir fərdi məktub üçün serverdə istifadə olunur. Toplu göndərmə yoxdur. Bu, siyahıların kopyalanmasının və spamın qarşısını alır.
- Saxlama: axtarış nəticələri ümumi bazada saxlanılmır; kontakt yalnız tələbə onu yaddaşa atanda və ya ona yazanda həmin tələbənin şəxsi yaddaşında qalır. Şöbə siyahıları (adlar, linklər) 7 gün keşdə saxlanılır.
- Etiraz: ünvanınızın istifadəsinə etiraz edə bilərsiniz: a.kamil0320@gmail.com.
8. Cookie və brauzer yaddaşı
- Yalnız bir cookie:
__session(kompüterdə işləyən versiyadapf_sess) — HttpOnly, Secure, SameSite=Lax. İki hissədən ibarətdir: sessiya açarı (girişdə qalmağın üçün; serverdə 30 gün etibarlıdır) və təsadüfi cihaz kimliyi (eyni brauzerdən çoxlu hesab açılmasının qarşısını almaq üçün; cookie 400 gün qalır). Hər ikisi zəruridir; heç biri reklam və ya izləmə üçün istifadə olunmur. - Brauzer yaddaşında (localStorage) şəxsi məlumat yoxdur: seçdiyin dil (
medstaj_lang), dəvət kodu (medstaj_ref) və bu brauzerdə əvvəl daxil olduğun barədə işarə (medstaj_in— sayt daha sürətli açılsın). - Analitika, reklam və izləmə cookie-si yoxdur. Xarici şrift yüklənmir. Yeganə xarici skript — Paddle.js (ödəniş pəncərəsi və ölkəyə görə qiymət): yalnız onlayn ödəniş qoşulubsa, qiymətlər bölməsi açılanda və ya paket seçəndə yüklənir. Ödəniş pəncərəsi Paddle-ın öz səhifəsidir və öz cookie-lərini işlədə bilər.
- Admin bölməsində admin açarı yalnız həmin brauzer vərəqinin yaddaşında (sessionStorage) qalır.
- Sayt telefonda proqram kimi işləsin deyə brauzerdə kiçik xidmət faylı (service worker) qeydə alınır; o, yalnız "internet yoxdur" səhifəsini saxlayır — şəxsi məlumat saxlamır.
9. Saxlama müddəti
| Məlumat | Müddət |
|---|---|
| Hesab, profil, şablonlar, yaddaş, izləmə | hesabını silənə qədər; silmədən sonra 30 gün (bərpa üçün, hesab bağlı və istifadəsiz qalır), sonra birdəfəlik |
| CV məlumatı, şəkil, CV PDF-i, yüklədiyin CV | CV bölməsində silənə qədər və ya hesab silinəndən 30 gün sonra |
| Göndərən e-poçt icazəsi (Gmail açarı və ya tətbiq parolu) | ayırana və ya hesabı silənə qədər — silmədə dərhal silinir (Gmail açarı Google-da da ləğv olunur), cavab izləmə dayanır |
| Sessiya | 30 gün; "Çıxış" basanda, cihazı çıxaranda və ya başqa cihazdan girəndə dərhal |
| Giriş şəbəkələri (IP-nin şəbəkə hissəsi) | 7 gün |
| Qeydiyyat sayğacları (IP və cihaz kimliyinin heşi) | IP — 24 saat, cihaz — 30 gün |
| Pulsuz məktubun, göndərən ünvanın və qeydiyyat e-poçtunun heşi | xidmət fəaliyyət göstərdikcə (ünvanların özü saxlanılmır) |
| Parol bərpası və e-poçt təsdiqi linkləri (yalnız heşi) | 30 dəqiqə / 48 saat və ya istifadə olunana qədər |
| Sorğu sayğacı (IP) | 1 dəqiqə, yalnız server yaddaşında |
| Tanınmış cavabların qərarı və qısa izahı, müsbət cavab qeydləri | hesabını silənə qədər |
| Şöbə araşdırması (yalnız şöbə haqqında ictimai faktlar) | 30 gün |
| Bildiriş abunəliyi | söndürənə, push xidməti onu ləğv edənə və ya hesabı silənə qədər |
| Hazırlanan məktubun müvəqqəti nəticəsi | ən çox 15 dəqiqə, yalnız server yaddaşında |
| Şəhər, xəstəxana və şöbə siyahıları (keş) | 7 gün |
| Uğursuz giriş sayğacı | 15 dəqiqə |
| Texniki jurnallar | Google Cloud Logging-in standart müddəti (adətən 30 gün) |
| Ödəniş qeydləri (paket, tarix, əməliyyat nömrəsi, məbləğ) | mühasibat qanunvericiliyinin tələb etdiyi müddət (hesabı silsən də); Paddle öz qeydlərini öz siyasətinə görə saxlayır |
Hazırda avtomatik ehtiyat nüsxə alınmır: 30 günlük bərpa müddəti bitəndən sonra silinən məlumat bərpa olunmur.
10. Hüquqların
- Görmək və düzəltmək: profil, CV, şablonlar, yaddaş və izləmə interfeysdə görünür və dəyişdirilir.
- Silmək: Hesab → "Hesabımı sil" (parolla təsdiq). Hesab dərhal bağlanır və 30 gün silinmə növbəsində qalır — bu müddətdə eyni e-poçt və parolla daxil olub onu bərpa edə bilərsən. 30 gündən sonra hesab, profil, CV faylları, şablonlar, yaddaş və izləmə birdəfəlik silinir, göndərən icazəsi ləğv olunur. Dərhal birdəfəlik silinməsini istəyirsənsə, bizə yaz.
- Razılığı geri almaq: göndərən e-poçtu istənilən vaxt ayıra, süni intellekt funksiyasından istifadə etməyə bilərsən.
- Məlumatın surəti, etiraz, məhdudlaşdırma: a.kamil0320@gmail.com — 30 gün ərzində cavab veririk.
- Şikayət: Avropa İttifaqında yaşayırsansa, ölkənin məlumatların qorunması orqanına; başqa ölkədə — orada fərdi məlumatlara nəzarət edən səlahiyyətli orqana müraciət edə bilərsən.
11. Təhlükəsizlik
- Bütün əlaqə HTTPS ilə; parollar
scryptilə heşlənir; sessiya açarları yalnız heş kimi saxlanılır. - Gmail açarları və tətbiq parolları AES-256-GCM ilə şifrələnir; gizli açarlar Google Secret Manager-dədir.
- CV PDF-i serverdə şəbəkəyə çıxışı bağlı mühitdə hazırlanır; fayllar yalnız sahibinə verilir. Yüklənən PDF və Word faylları zərərli məzmuna (JavaScript, makro, gizli fayl və proqram) avtomatik yoxlanılır — belə fayl qəbul olunmur və klinikaya getmir.
- Məlumat bazasına brauzerdən birbaşa giriş bağlıdır — yalnız server oxuyur və yazır.
- Giriş, qeydiyyat, parol bərpası, admin, göndərmə, PDF və ümumi sorğu sayına hədd qoyulub; sayt brauzerə yalnız öz skriptlərini və ödəniş pəncərəsini (Paddle) işlətməyə icazə verir (Content Security Policy).
12. Yaş, ödəniş, dəyişikliklər
- Yaş: xidmət yalnız 18 yaşdan yuxarı şəxslər üçündür; qeydiyyatda bunu təsdiqləyirsən. 18 yaşdan kiçik şəxsin hesabını aşkar etsək silirik.
- Ödəniş: onlayn ödənişi Paddle qəbul edir (6-cı bölmə) — kart məlumatı bizə gəlmir. Ödəniş Paddle-dan təsdiq gələndə paket hesabına avtomatik verilir; administrator da paketi əl ilə verə bilər. Hesabda paketin adı, tarixi, qiyməti, əməliyyat nömrəsi və qeyd saxlanılır. Paketlər, pulsuz əlavə vaxt və geri ödəniş qaydaları — İstifadə şərtlərində.
- Dəyişikliklər: bu səhifənin yuxarısında tarix və versiya göstərilir. Əhəmiyyətli dəyişikliyi saytda bildiririk.